26 Oktyabr 2023, 11:08
100-dən çox dövlət qurumunun informasiya sistemləri Hökümət buluduna inteqrasiya edilib
100-dən çox dövlət qurumunun informasiya sistemləri Hökümət buluduna inteqrasiya edilib şəkil
100-dən çox dövlət qurumunun informasiya sistemləri Hökümət buluduna inteqrasiya edilib

Artıq 100-dən çox dövlət qurumunun informasiya sistemlərini "AzİnTelekom"un Hökümət buluduna tam və ya qismən inteqrasiya edilib.

"Operativ Media" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, bulud xidmətləri Bakı və Yevlax şəhərlərində yerləşən iki data mərkəz üzərindən həyata keçirilir.

O qeyd edib ki bütün dövlət qurumlarının hökümət buluduna inteqrasiyasının təmin edilməsi məqsədilə iki yeni data mərkəzin layihələndirilməsi işlərinə başlanılıb. “Artıq layihələrin hazırlanması üçen beynəlxalq şirkət cəlb edilib, yeni data mərkəzlərinin konsepsiyası hazırlanır".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir.

Son xəbərlər
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir