http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və İran arasında tibb təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

15 May 2024 , 15:42
Azərbaycan və İran arasında tibb təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.

Universitetin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə iki ölkə arasında tibb təhsili sahəsində mövcud durum və əməkdaşlıq məsələləri müzakirə olunub.

Rektor G.Gəraybəyli qonağa ölkənin ən qocaman ali məktəblərindən biri olan ATU-da həyata keçirilən islahatlar, təhsil sistemində tətbiq olunan yeniliklər haqqında məlumat verib. Üç ixtisas üzrə tədris proqramlarının beynəlxalq akkreditasiyanı əldə etdikdən sonra dünyanın daha çox ölkələrindən ATU-ya marağın artdığını qeyd edib.

Rektor əcnəbi tələbə sayına görə Azərbaycanda ilk yerdə olan ATU-nun xarici tələbələri arasında İran İslam Respublikasından olanların da kifayət qədər təmsil olunduğunu bildirib. G.Gəraybəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi tibb təhsili istiqamətində də münasibətlərin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılacağından əminliyini vurğulayıb.

Səfir Seyid Abbas Musəvi artıq ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatdığını bildirərək, bu dövrdəki əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkür edib. O, iranlı tələbələrin yaşayışı və təhsili üçün ATU-da yaradılmış şəraitdən razı olduqlarını qeyd edib. Səfir bundan sonra da tibb təhsili sahəsində əlaqələrin və əməkdaşlığın uğurla inkişaf edəcəyindən əminliyini bildirib.

Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu