http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hüquq və İnsan Haqları İnstitutu Penitensiar xidmətin əməkdaşları üçün təlim keçirib

15 May 2024 , 16:16
Hüquq və İnsan Haqları İnstitutu Penitensiar xidmətin əməkdaşları üçün təlim keçirib

Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları üçün 13-15 may tarixlərində “Təlimçilər üçün təlim” (ToT) adlı 3 günlük təlimlər keçirib. Təlimlər Penitensiar xidmətin əməkdaşlarının insan hüquqları sahəsində biliklərinin və təlimçi kimi bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

"Operativ Media" xəbər verir ki, İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev, İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev, təlimçi-ekspertlər Hamlet Babayev, Heydər Həsən oğlu Əliyev, hüquq tədqiqatçıları Gülnaz Ələsgərova və Araz Abdullasoy təlimçi qismində təqdimatlarla çıxış ediblər.

Təlimlərdə iştirakçılara təlimin keçirilmə qaydaları, təşkili, metodologiyası, insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, Konstitusiya və insan hüquqları, Avropa Penitensiar Qaydaları, BMT-nin Məhbuslarla Minimum Davranış Qaydaları, İşgəncələrə qarşı Avropa Komitəsinin Qaydaları və bu kimi digər mövzular ətraflı şərh olunub.

Sonda Penitensiar xidmətin təlimdə iştirak edən 10 nəfər əməkdaşına sertifikatlar təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu