Menyu

Mikayıl Cabbarov Çinin enerji şirkətinin sədri Lü Dzesianq ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Çinin enerji şirkətinin sədri Lü Dzesianq ilə görüşüb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşıb.

O bildirib ki, görüşdə yaşıl enerji sahəsində potensial layihələr müzakirə edilib, Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. 

Nazir qeyd edib ki, gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə inanırıq.

Teqlər:

"Mikay\u0131l Cabbarov \u00c7inin enerji \u015firk\u0259tinin s\u0259dri L\u00fc Dzesianq il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər