http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib

16 May 2024 , 17:32
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib

May ayının 15-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

DSX-dan "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirdə mərasim iştirakçıları Fəxri xiyabana gələrək Dahi Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Akademiyanın Döyüş Bayrağı sıra meydanına gətirilib və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ard-arda möhtəşəm zəfərlər yaşadığını, döyüş meydanında, xüsusi əməliyyatlarda Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, sarsılmazlığını və vətənə bağlılığını nümayiş etdirdiyini, Azərbaycan zabitinin örnək hünəriylə dünyaya səs saldığını qürur hissi ilə vurğulayıb.

Bildirilib ki, bu gün sırada dayanan məzunlar ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra zabit rütbələrini alan ilk Azərbaycan vətəndaşlarıdır. 

Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsil, onların vətənə bağlılığı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacaq və daim zabit andına sadiq qalaraq Vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində komandir və pedaqoji heyətinin xüsusi rolu olan bu ali təhsil müəssisəsində əcnəbi vətəndaşların da təhsil alaraq 5 illik zabit hazırlığı kursunu uğurla başa çatdırmaları DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin bariz nümunəsi olduğu qeyd edilib.

Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhədçi adına layiq görülən məzunları təbrik edib, onların valideynləri ilə görüşüb və gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu