Menyu

AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib

Redaksiya
AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.
 
Bakıdan Pekinə aviabiletlərin qiyməti:
* Bir tərəfə — 235 ABŞ dollarından;
* Gediş-dönüş — 391 ABŞ dollarından;
 
Pekindən Bakıya aviabiletlərin qiyməti:
* Bir tərəfə — 214 ABŞ dollarından;
* Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.
 
Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
 
Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!
 
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.
 

 

Teqlər:

"AZAL Bak\u0131 v\u0259 Pekin aras\u0131nda u\u00e7u\u015flara x\u00fcsusi tarifl\u0259r t\u0259qdim edib"

Əlaqəli Xəbərlər