Menyu

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Nərmin Qocamanlı
Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının xarici ölkələrin banklarından aşağı faizlə kredit almaları barədə müxtəlif elanlar ilə qarşılaşmaq olar.

Bəs, doğrudan da, Azərbaycan vətəndaşlarının xarici ölkə banklarından kredit alması mümkündür?

Bu barədə iqtisadçı ekspert Emin Qəribli "Operativ Media"ya bildirib ki, banklar xarici ölkə vətəndaşlarına kredit vermirlər:

"Bizim bankların xarici ölkələrdə yerləşən filiallarından kredit üçün müraciət etmək olar. Ancaq vətəndaş kimi bu mümkün deyil. Bu cür hallar adətən dələduzlar tərəfindən həyata keçirilir. Onlar sosial şəbəkələrdə belə elanlar verərək əhalinin diqqətini cəlb etmək və bank məlumatlarını ələ keçirmək niyyətində olurlar. Buna görə vətəndaşlar belə elanlara aldanmamalıdırlar. Çünki bu hallarda pul götürmək istəyərkən, əksinə bank hesablarında olan məbləğin də ələ keçirilməsinə yol aça bilərlər. Xarici ölkə bankından kredit üçün müraciət edən şəxsin ən azından həmin ölkədə işləməsi ilə bağlı sənədləri olmalı və öz gəlirlərini göstərməlidir. Lakin digər bütün hallarda belə bir hal sadəcə olaraq kibercinayətkarlığın növlərindən biri kimi dəyərləndirilir".

Sevinc İbrahimzadə

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər