Menyu

Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir

Nərmin Qocamanlı
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir
1 dəq oxu

Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər