Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən parkda bir nəfər şəxsin  mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əbülfəz Qasımov saxlanılıb. 

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda, digərinin isə pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ruslan Nəsirov saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər