Menyu

XRİTDX 135 ölkədə 270 741 kompüteri yoluxduran kiberqruplaşmanı ifşa edib

Nərmin Qocamanlı
XRİTDX 135 ölkədə 270 741 kompüteri yoluxduran kiberqruplaşmanı ifşa edib

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.

Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilmişdir. Sözügedən hədəflərin 7790-ı Azərbaycan Respublikasına məxsus kompüterlər olmuşdur. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olmuşdur. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olunub.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.



pages-9241518-6206729.jpg

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər