Gürcüstan Prezidenti ilk xarici ölkə səfərini Azərbaycana edəcək
Əsəd Abbaslı
“İlk səfərim Azərbaycana olmalıdır”.
Operativ Media xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.
Dövlət başçısı Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin olduğunu söyləyib.
“Dostluğumuz, doğrudan da nümunəvidir. Bütün bunlar bir çox məsələlərdə özünü göstərir. Xüsusilə də bugünkü fonda. Bizim həm iqtisadi, həm də mədəni əlaqələrimiz çox sıxdır. Gürcüstan və Azərbaycanın qarşılıqlı münasibəti və dostluğu dünyaya nümunə ola bilər”, - M.Kavelaşvili əlavə edib.
Prezident, həmçinin qeyd edib ki, Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır: “Biz istəyirik ki, bölgənin qarşısında duran problemlər mümkün qədər tez həll edilsin, regionda tam və uzunmüddətli sülh təmin olunsun”.
Teqlər:
"G\u00fcrc\u00fcstan Prezidenti ilk xarici \u00f6lk\u0259 s\u0259f\u0259rini Az\u0259rbaycana ed\u0259c\u0259k"