
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
14:44
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı ad günü münasibətilə təbrik edib.