Menyu

Türkiyənin Azərbaycana ixrac həcmi artıb

Şəfa Hüseynli
Türkiyənin Azərbaycana ixrac həcmi artıb
1 dəq oxu

Türkiyənin qonşu ölkələrə ixracı yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 18,2 milyard dollara çatıb.

Operativ Media xəbər veri ki, bu barədə Türkiyə İxracatçılar Şurası (TİM) məlumat yayıb.

Türkiyənin ixracatı bu ilin yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 177,9 milyard dollardan 185 milyard dollara yüksəlib.

Eyni dövrdə Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumi ixracın artdığı müşahidə edilib.

Türkiyənin Azərbaycana ixrac həcmi artaraq 1 milyard 541 milyon 916 min dollar olub.

Əlaqəli Xəbərlər