http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

2024-cü ildə vergilərlə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? - AÇIQLAMA

04 Noyabr 2023 , 16:31
2024-cü ildə vergilərlə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? - AÇIQLAMA

Gələn ilin dövlət büdcəsinin proqnozlarında vergilərlə bağlı müəyyən dəyişikliklər gözlənilir.

Həmçinin 2024-cü ildə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.

Bəs bu dəyişikliklər hansı sahələri əhatə edəcək?

Bununla bağlı iqtisadçı ekspert Eldəniz Əmirov “Operativ Media”ya bildirib ki, vergi güzəştləri ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir və vaxtaşırı Vergi Məcəlləsinə dəyişikliklərin olunması həm diferensiallıq, həm də dayanıqlıq baxımından bir zərurətdir.

O, qeyd edib ki, hər il hansısa əlavələr olunur və bu, 2024-2037-ciillər üzrə vergi siyasətində bir sıra istiqamətlərdə dəyişikliklərin olması gözlənilir:

"Elm və təhsil, səhiyyə, idman, mədəniyyət sahələrində fəaliyyət göstərən subyektlərin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülməsi zamanı mənfəətlərinin vergidən azad olunan 10 faizlik hissəsinin 15 faizə qaldırılması nəzərdə tutulur.

Eyni zamanda hədiyyələrin, təhsil haqlarını ödəmək üçün olan maddi yardımın  və birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manatadək qaldırılması və fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılması zamanı əldə olunan gəlirin vergidən azad olunması gözlənilir.

2023-cü ildə olan dəyişiklərdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə görə olan güzəştlər yenə də qüvvədə qalacaq”.
Ekspert həmçinin ölkədə inflyasiyanın qarşısının alınması üçün müxtəlif tədbirlər görüldüyünü də vurğulayıb:

"Belə ki, idxalı əvəz edən yerli məhsulların istehsalını  dəstəkləmək məqsədilə 2023-cü ildə də tətbiq edilən vergi gömrük güzəştləri var ki, onlar da 2024-cü ildə davam edəcək. Bununla yanaşı daxili istehsalda istifadə edilən bir sıra xammal və aralıq mallara tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsi 2024-cü ildən yeddi il müddətinə, yəni 2031-ci ilədək sıfır dərəcəyə endiriləcəkdir”.

E.Əmirov vergidəki dəyişikliklərin təsirindən də bəhs edib:

"Vergi dəyişikliyi qiymətlərə də təsir edir. Təbii ki, bütün subyektlər az məbləğdə vergi vermək istəyir. Vergilərin həm mənfi, həm də müsbət cəhətləri var.  Burada bir qızıl orta var ki, onu tutuzdurmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu