Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş, Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Natiq Səlim oğlu Qasımovun Gəncə şəhərində yaşayan anası Dursun Əsgər qızı Qasımovanı ziyarət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Gədəbəy Rayon İcra Hakimiyyəti məlumat yayıb.






