Menyu

Azərbaycanda dəniz nəqliyyatının inkişafı üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Nərmin Qocamanlı
Azərbaycanda dəniz nəqliyyatının inkişafı üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Dəniz nəqliyyatının dünyada əhəmiyyətinin rolu böyük olduğu kimi, Azərbaycanda da bu nəqliyyat beynəlxalq iqtisadi əlaqələr fonunda olduqca vacibdir. Dəniz nəqliyyatının təsərrüfatın inkişafında da əsaslı yeri olmasına baxmayaraq, ölkəmizdə bu sahənin inkişafına lazımi dəstəyin göstərilmədiyi müşahidə olunur. 

Bəs Azərbaycanda dəniz nəqliyyatının inkişafı hansı səviyyədədir və bu istiqamətdə hansı tədbirlərin görülməsi iqtisadiyyata da müsbət təsir edər?

Mövzu ilə əlaqədar iqtisadçı alim Emin Qəribli “Operativ Media”ya açıqlama verib.

Emin Qəribli: “Azərbaycanın Orta Dəhlizdən ala biləcəyi mənfəət artacaq”

O bildirib ki, Xəzər dənizinin sahilində yaşasaq da, dəniz nəqliyyatı bu vaxta qədər nisbətən zəif inkişaf edib:

“Artıq orta xətt dediyimiz nəqliyyat dəhlizinin inkişafı ilə Mərkəzi Asiya ölkələrindən, xüsusən də Türkmənistandan və Qazaxıstandan bizə məhsullar daşınılır və bunun gələcəkdə artacağı gözlənilir. Əslində, o məhsullar Çindən və digər bölgələrdən gələn məhsullar olacaq. Bunun üçün xüsusi gəmiqayırma zavodu tikilib və Cənab Prezident gələcəkdə də həmin zavodun həcminin artılacağını öz çıxışında qeyd edib. Əslində, perspektivlər çoxdur və bu xətt inkişaf etdikcə, yəni  məhsulların şərqdən qərbə, qərbdən şərqə daşınması artdıqca  bizim dəniz nəqliyyatımız da inkişaf edəcək. Amma burada bir məsələ də var ki, Şimal-Cənub dəhlizi də məhz bizim ərazimizdən keçib. Bugünkü layihələrə baxsaq, görərik ki, məhsullar İrandan dəniz vasitəsilə bizə çatdırılır və  bizdən yenidən daşınılır. Bu halda da dəniz nəqliyyatının inkişafına ehtiyac olacaq və aylar, illər keçdikcə bu layihələrin  artması dəniz nəqliyyatına müsbət təsir edəcək. Həmçinin ölkəmizdə Ələt Azad İqtisadi Zonasının yaranması və ərazisinin genişlənməsi də həm dövriyyənin artmasına, həm də  nəqliyyat infrastrukturunun inkişafına öz töhfəsini verəcək”.

Ekspert qeyd edib ki, digər ən vacib istiqamətlərindən biri dənizkənarı ölkələrin turizm əlaqələri ilə bağlıdır:

“Dəniz sahildə yaşayan ölkələrin öz aralarında turizm nəqliyyatı və turizm turları kimi əlaqələri yoxdur. İnanıram ki, bu gəmilər tikildikcə və ölkələr arasında iqtisadi münasibətlər yaxşılaşdıqca, turizm sahəsi də inkişaf edəcək. Xəzər sahilində Bakı, Dərbənd, Mahaçqala, Həştərxan, Türkmənistanın şəhərləri kimi iri şəhərlər var. Hesab edirəm ki, bunların arasında tur əlaqələrinin qurulması həm nəqliyyatın inkişafına, həm də turizmin inkişafına, eləcə də ölkələrin iqtisadi inkişafına zəmin yaradacaq”.

Sevinc İbrahimzadə

Teqlər:

"Az\u0259rbaycanda d\u0259niz n\u0259qliyyat\u0131n\u0131n inki\u015faf\u0131 \u00fc\u00e7\u00fcn hans\u0131 add\u0131mlar at\u0131lmal\u0131d\u0131r? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər