Menyu

AKİA sədri Tərtərdə vətəndaşları qəbul edəcək

AKİA sədri Tərtərdə vətəndaşları qəbul edəcək

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev noyabrın 7-də, saat 10:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Bu barədə “Operativ Media”ya AKİA-dan məlumat verilib.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-59) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Teqlər:

"AK\u0130A s\u0259dri T\u0259rt\u0259rd\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər