Menyu

Tərtərdə bir nəfər minaya düşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Tərtərdə bir nəfər minaya düşüb - YENİLƏNİB

Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib.

***

07:24


Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan "Operativ Media"ya bildirilib ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər:

"T\u0259rt\u0259rd\u0259 bir n\u0259f\u0259r minaya d\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər