Menyu

Sığorta tərəfindən bahalı avtomobillərə dəyən ziyan necə ödənilir?

Redaksiya
Sığorta tərəfindən bahalı avtomobillərə dəyən ziyan necə ödənilir?

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən qəza geniş müzakirələrə səbəb olub. Qəzada ziyan dəyən avtomobillərdən biri “Ferrari California T” modelinin qiyməti 250 min dollardan başlayır. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta kompensasiyası daşınmaz əmlak üzrə 5000 manat nəzərdə tutulur. Bəs 100 min manatdan artıq ziyan dəyən bu avtomobilin xərcləri necə olacaq?

“Operativ Media” qəza zamanı bahalı avtomobillərə dəyən ziyanın ödənilməsi mexanizmini araşdırıb.

Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, mövcud qanunvericiliyə əsasən, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta kompensasiyası 5000 manat və şəxsin sağlamlığına görə 50 min manat nəzərdə tutulub.

“Bunu belə ifadə etsək, daha doğru olar: Sağlamlığa dəymiş ziyan üzrə, yüngül 750 manat, az ağır 1500 manat, ağır yəni gələcək 2 il müddətinə əlillik dərəcəsi alırsa, o zaman əlavə olaraq 1500-1500, toplam 3 min manat, hər bir ölüm halı üçün 5 min manat, maksimal olaraq da 10 nəfərə, toplam edir 50 min manat. Yəni bir sığorta hadisəsində maksimal məbləğ 55 min manat nəzərdə tutulur. Təbii ki, daşınmaz əmlakda da bir neçə avtomobilə ziyan dəyə bilər. O zaman bölgü üzrə faiz nisbəti çıxarılır və hər avtomobil üçün maksimal məbləğ 5 min manat müəyyən olunur”.

Ekspertin sözlərinə görə, bəzi sürücülər daha bahalı qəzalardan az zərərlə qurtarmaq üçün əlavə sığorta məhsulu alırlar.

“Vətəndaş 5 min manatdan əlavə sığorta məhsulu ala bilər. Misal üçün elə sığorta şirkətləri var ki, icbari + edir. Yəni əlavə olaraq 10 min, 20 min, 50 min manat sığorta hadisəsi baş verərsə, sığorta konpensasiyası verə bilir. İcbari növlər sosial məqsəd daşıyır, bütün vətəndaşlar üçün eyni olur, qanunla tənzimlənir, ona görə də minimum tələblər müəyyən olunur. Əgər siz daha çox sığorta kompensasiyası üçün riski qiymətləndirmək istəyirsinizsə, o zaman könüllü şəkildə sığorta şirkətlərinin məhsullarını ala bilərsiniz”.

İlkin İbrahimov deyir ki, əgər sürücünün əlavə sığorta paketi yoxdursa, şəxsə təklif olunur ki, könüllü şəkildə dəyən ziyanı ödəsin. Yox əgər könüllü şəkildə ödəmirsə, onda məhkəmə qaydasında iddia qaldırıb həmin konpensasiyanı vətəndaş geri tələb edə bilər.

Qəzada günahkar olan sürücü ödəməkdən boyun qaçırırsa, məhkəmənin qərarına əsasən əmlakı müsadirə olunur. Məbləğ yenə ödənilmədikdə isə məhkəmə qərarı ilə gəlirindən aylıq ödəmə təyin edilir.

Teqlər:

"S\u0131\u011forta t\u0259r\u0259find\u0259n bahal\u0131 avtomobill\u0259r\u0259 d\u0259y\u0259n ziyan nec\u0259 \u00f6d\u0259nilir?"

Əlaqəli Xəbərlər