Menyu

Dövlət Xidmətində "Huawei" şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

Redaksiya
Dövlət Xidmətində "Huawei" şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

Cari ilin 3 noyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində "Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və şirkətin digər nümayəndələri ilə görüş keçirilmişdir.

"Operativ Media" xəbər verir ki, görüşdə tərəflər İKT üzrə infrastruktur layihələri, yeni nəsil "5G" texnologiyaları və "bulud" xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.

"Huawei" şirkətinin nümayəndələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən "CIDC-2023" tədbirində iştirak etməkdən məmnunluq duyduqlarını bildirmişdirlər.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Xidmət ilə "Huawei” şirkəti arasında əməkdaşlıq sahəsində böyük perspektivlərin olduğunu vurğulamışdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər