Menyu

Mirziyoyev ötən gün TDT iclasında 6 təklif verib

Redaksiya
Mirziyoyev ötən gün TDT iclasında 6 təklif verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının sammitindəki çıxışında üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə yönəlmiş təkliflər irəli sürüb.

"Operativ Media" xəbər verir ki, Mirziyoyev türk xalqlarının birliyini, böyük keçmişini və zəngin mədəniyyətini, qədim dəyərlərini ifadə edən “Türk Dünyası Xartiyası”nın hazırlanmasını təklif edib.

Özbəkistan liderinin ikinci təklifi Türkiyə İnkişaf Bankının yaradılması ideyası olub. O bildirib ki, Daşkənd buna ev sahibliyi etməyə hazırdır.

Üçüncü təklif elektron ticarət platformalarının inkişafına yönəlmiş konkret tədbirlərin həyata keçirilməsidir.

Dördüncü təklif isə qlobal logistika zəncirlərinin və nəqliyyat dəhlizlərinin inkişafı və şaxələndirilməsi, vahid tranzit şəbəkəsinin formalaşdırılmasıdır.

Beşinci təklif ekologiya sahəsində hərtərəfli əməkdaşlığın inkişafıdır.

Altıncısı, türk sivilizasiyasının yüksəldilməsi ideyası bilavasitə texnoloji inkişafın və qabaqcıl biliyin hərtərəfli dəstəklənməsi ilə bağlıdır.

"Əminəm ki, yaradıcı, istedadlı və iddialı gənclərimiz gələcəkdə türk dünyasının yeni intibahını quracaqlar"-deyə Mirziyoyev iclasda bildirib.

Teqlər:

"Mirziyoyev \u00f6t\u0259n g\u00fcn TDT iclas\u0131nda 6 t\u0259klif verib"

Əlaqəli Xəbərlər