Zığ şosesi şəhər istiqamətində yolda təmir işləri aparılır
Nərmin Qocamanlı
Zığ şosesi (SABIS SUN Bəynəlxalq Məktəbinin yaxınlığı) şəhər istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə qeyd olunan istiqamətdə (təmir gedən hissəyə yaxın) zolaqda məhdudiyyət tətbiq edilib, iki zolaqda isə sürət həddi 20 və 10 km/saat endirilib.
Eyni zamanda məlumat sürət tablosunda "təmir işləri" xəbərdarlıq işarəsi qoyulub. Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.
Xatırladaq ki, təmir gedən yolda sürət həddi zolaqlar üzrə müvafiq olaraq 110 və 90 km/saat olub.
Teqlər:
"Z\u0131\u011f \u015fosesi \u015f\u0259h\u0259r istiqam\u0259tind\u0259 yolda t\u0259mir i\u015fl\u0259ri apar\u0131l\u0131r"