http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadçı: "Bu il meyvə-tərəvəzin qiymətində artım olmayacaq"

13 May 2024 , 17:59
İqtisadçı: "Bu il meyvə-tərəvəzin qiymətində artım olmayacaq"

Dövlət Statistika Komitəsinin məlumatına görə, apreldə qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6% təşkil edib.

Apreldə əvvəlki aya nisbətən manna və qarabaşaq yarmaları, makaron, təzə balıq, süd, yumurta, marqarin, günəbaxan və qarğıdalı yağları, qoz, fındıq, pomidor, xiyar, göyərti, badımcan, kartof ucuzlaşıb. Limon, banan, alma, armud, kivi, şabalıd, ağ kələm, şirin bibər, süfrə çuğunduru və sarımsaq isə bahalaşıb.

İqtisadçı ekspert Eyyub Kərimli "Operativ Media"ya açıqlamasında bildirib ki, aprel ayında inflyasiya, demək olar ki, sıfır həddində olub:

"Bu onu deməyə əsas verir ki, mal və xidmətləri məhsulların qiymətində artım baş verməyib. Sözsüz ki, bu, bəzi hallarda yaxşı bir məlumatdır. Əsasən meyvə tərəvəzdə və yerli istehsal olunan bəzi məhsullarda qiymət artımı baş verməyib. Bu, o deməkdir ki, həmin yerli istehsal olan məhsullar tələbatı ödəyir. Düzdür, hazırda, məsələn, pomidor qiymətində artım var, bu da mövsüm amillərinin təsiri iilə bağlıdır. İlk növbədə istixanalarda pomidorun mövsümü qurtarır. Yeni pomidorun da bitməsinə hələ bir müddət var. Həmçinin pomidor ixracı da artıb. Bütün bunlar da qiymət artımına təsir edir".

Ekspert qeyd edib ki, əsasən xaricdən gələn ekzotik meyvələrin qiymətində artım müşahidə edilir:

"Bunun da səbəbi sözsüz ki, xaricdə həmin məhsulların müəyyən idxal inflyasiyası ilə əlaqədardır. Ümumiyyətlə, düşünürəm ki, bu il müəyyən meyvə-tərəvəzlərdə və digər kənd təsərrüfatı məhsullarında qiymət artımı olmayacaq. Çünki artıq bu il istehsalımız tələbatı ödəyir və kənd təsərrüfatı məhsullarının istehsalı tələbdən daha çoxdur və bu da müəyyən qiymətin formalaşmasına öz təsirini göstərir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu