http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şuşa şəhərinə daha 38 ailə yola salınıb

14 May 2024 , 07:49
Şuşa şəhərinə daha 38 ailə yola salınıb

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Media" xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bərdə rayonundan – 3 (12 nəfər), Sumqayıt şəhərindən – 2 (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 (6 nəfər), Zaqatala rayonundan – 1 (5 nəfər), İsmayıllı rayonundan – 1 (3 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu