http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yay aylarında avtomobilə necə qulluq etmək lazımdır?

14 May 2024 , 10:22
Yay aylarında avtomobilə necə qulluq etmək lazımdır?

“Yay aylarında sürücülər yüksək temperatur səbəbindən mühərrikin qaynatması halları ilə tez-tez qarşılaşır. Bununla belə avtomobillərin alışıb-yanması da isti havalarda müşahidə edilir”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.

Ustanın sözlərinə görə, bu cür problemlər, adətən, avtomobillər yay mövsümünə düzgün hazırlanmadığı üçün yaranır.

Bəs nəqliyyat vasitəsinin yay fəslinə keçidi deyiləndə nə nəzərdə tutulur?

“İlk olaraq tormoz mayeləri yoxlanılmalıdır, çünki qışdan qaldığı üçün bir çox sürücülər bununla maraqlanmırlar. İkinci növbədə qaynatma mayeləri, antifirizlər mütləq yoxlanılmalıdır və ara qatlar olur ki, bəzi avtomobillərdə onlarda yağ axıtmaları olur. Yay aylarında havalar çox isti olduğu üçün avtomobillərdə yanmalar baş verə bilər. Bunun əsas səbəbi isə avtomobilin eletrik sisteminə müdaxilədir. Kimsə standarta uyğun olmayan işıq lampaları quraşdırır.  Buna görə də elektrik sistemi pozulur və qızma baş verir. Hava da isti olduğundan bu proses daha sürətli olur”.

Dəniz Ağabəyli bildirir ki, avtomobilin şinləri fəsilə uyğun olaraq yenilənməlidir, həmçinin salon soyutma sistemi də yay mövsümünə uyğunlaşdırılmalıdır. Çünki xüsusən tıxaclarda və uzunmüddətli səfər zamanı isti hava axını sürücülərin səhhətinə mənfi təsir edə bilər:

“Bakıda tıxac çox olduğu üçün bu qaydalara riayət olunur. Amma bölgələrdə bu qaydalara əməl edilmir. Bizim bəzi rayonlarımız var ki, qışda soyuq çox olur, yay az olur. Avtomobilin alt sisteminə, üst sisteminə, bütün hər bir detalına yenidən baxılıb nizamlanmalıdır ki, sabah bizi yarı yolda qoymasın. Yay mövsümünə keçid ərəfəsində mühərrikin iç və çöl kəmərlərinin və müxtəlif tipli boruların baxışdan keçirilməsi vacibdir. Elektrik naqilləri də isti havaya davam gətirə bilmək üçün saz vəziyyətdə olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu