http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Azərişıq” Gədəbəyin elektrik şəbəkəsini yeniləyir

14 May 2024 , 10:42
“Azərişıq” Gədəbəyin elektrik şəbəkəsini yeniləyir

“Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Gədəbəyin elektrik şəbəkəsini yeniləyir.

"Operativ Media" quruma istinadən xəbər verir ki, Sovet dövründən qalma köhnə elektrik xətləri tamamilə müasir standartlara uyğun şəkildə yeniləri ilə əvəzlənir.

Gədəbəyin 350 abonenti olan Xar-xar kəndində sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmini üçün işlər davam edir. Kənddə 0,4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 KVa-lıq transformator quraşdırılıb.

Rayonunun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0,4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.

Arıqıran və Zəhmət kəndlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri hələ də davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.

“Azərişıq” İnvestisiya Proqramına uyğun olaraq paralel şəkildə bütün regionlarda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. Bölgələrdə elektrik təsərrüfatının yenilənməsi abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması və elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu