http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Nazir müavini: Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlçatanlığı daha da artıracaq

14 May 2024 , 12:02
Nazir müavini: Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlçatanlığı daha da artıracaq

Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.

Dəyişikliklərlə bağlı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlama verib.
kenan-kerimzade-nazir-muavini_1715688012.jpg

O bildirib ki, yeni qərara əsasən aşağıda qeyd edilmiş daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:

- “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;

- “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;

- “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;

- Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcəkdir.

Nazir müavini qeyd edib ki, sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq.

Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə,  34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən  452 ailədən olan 908 nəfər tələbə  Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb” – deyə o qeyd edib.

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Kənan Kərimzadə bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir. 

“Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların ( 59 faiz) üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir. 

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən elektron müraciət edə bilərlər.  

OXŞAR XƏBƏRLƏR
Nardaranda "Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülər paylaşılıb

Nardaranda "Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülər paylaşılıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb

Azərbaycan XİN İordaniyanı təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:38

    Bayden: "ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək"
  • Dünən
    23:10

    Nardaranda "Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülər paylaşılıb
  • Dünən
    22:45

    Mirzoyan Borrellə Azərbaycanla sülh sazişini müzakirə edib
  • Dünən
    22:27

    Bəhreyn və İran arasındakı münasibətlər tezliklə bərpa olunacaq
  • Dünən
    21:21

    Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
    Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
  • Dünən
    21:07

    Azərbaycan PL: "Zirə", "Sabah", "Sumqayıt" avrokuboklara vəsiqə qazandılar
    Azərbaycan PL: "Zirə", "Sabah", "Sumqayıt" avrokuboklara vəsiqə qazandılar
  • Dünən
    20:44

    Zelenski: Ukraynanın heç bir tərəfdaşı ölkəyə hərbi personal göndərməyi təklif etməyib
  • Dünən
    20:27

    İngiltərə FA kubokunun qalibi bəlli oldu
Menyu