http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda avtobus zolaqlarından taksilər istifadə edə bilər?

14 May 2024 , 12:57
Azərbaycanda avtobus zolaqlarından taksilər istifadə edə bilər?

Təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər. Çünki taksi də ictimai xidmət sahəsi hesab edilir və bunun üçün paytaxtın bəzi küçə və prospektində olan xüsusi zolaqlardan onların da istifadəsi mümkündür. Bəs taksilər üçün nəzərdə tutulmuş  bu dünya  təcrübəsindən Azərbaycanda da tətbiq oluna bilərmi? 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Operativ Media”ya açıqlamasında bildirib ki, çəkilmiş zolaqlar avtobuslarla yanaşı xüsusi nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulub:

“Məsələ ondan ibarətdir ki, bu ayrılmış zolaqlar sadəcə ictimai nəqliyyat və eyni zamanda operativ nəqliyyat vasitələri üçündür. Operativ nəqliyyat vaitəsi dedikdə, əməliyyatlar keçirən polislər, eyni zamanda yanğınsöndürən, həmçinin təcili yardım, tibbi avtomobillər nəzərdə tutulur. Təbii ki, bunların da xüsusi yolunun olması ən azı ictimai nəqliyyat qədər vacibdir. Yanğınsöndürən maşın  yanğın söndürməyə gedir, amma yol yoxdur, həmçinin təcili tibbi yardım xəstə yanına gedir, ancaq dəfələrlə görürük ki, maşını tıxacda qalıb”. 

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə nəzərdə tutulmuş zolaqlardan taksi və digər nəqliyyat vasitələrinin istifadə etməsi mümkün deyil:

"Digər nəqliyyat vasitələrinin bu zolağa çıxması doğru deyil, bu zolaqlara sadəcə müəyyən edilmiş ictimai nəqliyyat çıxa bilər. Məsələn, avtobus müəyyən marşrut üzrə hərəkət edir deyə ora çıxa bilər. Amma başqa bir avtobusun heç marşrutu ora çıxa bilməz. Bu, dünya təcrübəsində də belədir, bütün qaydalarda da bu formadadır. Taksilərin o zolaqdan istifadə edilməsi isə yol verilməzdir. Çünki belə olan halda  Bakıda hal-hazırda 70 min taksi var, bütün taksilər həmin yola doluşacaq. Bu zolaqdan operativ nəqliyyat vasitələri və eyni zamanda ictimai nəqliyyat vasitələri istifadə edə bilər”.

OXŞAR XƏBƏRLƏR
Hesablama Palatası Naxçıvanla bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Naxçıvanla bağlı Baş Prokurorluğa müraciət edib

Naxçıvanda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Naxçıvanda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Sumqayıtda yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb

Sumqayıtda yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb

XƏBƏR LENTİ
  • 20:51

    Bu zabitlərə sertifikatlar təqdim edilib - FOTO
  • 20:37

    Fransa tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər
  • 20:23

    ABŞ və Ukrayna G7 sammiti çərçivəsində təhlükəsizlik paktı imzalamağa hazırlaşır
  • 20:08

    Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
  • 20:02

    Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
  • 19:56

    Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib
  • 19:52

    Quterreş: Rəisi çətin vaxtlarda İrana rəhbərlik edib
  • 19:37

    Filippin Prezidenti İlham Əliyevi təbrik edib
Menyu