Menyu

Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

Nərmin Qocamanlı
Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "SMBS – Swiss Montreux Business School"-un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar. 

Memorandumda Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər