Menyu

ADY: Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb

Nərmin Qocamanlı
ADY: Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb

Bu ilin 4 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb.

ADY-dən “Operativ Media"ya verilən məlumata görə, nəticədə qatarın pəncərələrinə ciddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin sağlamlığına təhlükə yaranıb.

Məlumata görə, bu əməli törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar.

“13-19 may “Təhlükəsizlik həftəsi” hər kəsi təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırırıq. Dəmir yollarında təhlükə törədə biləcək hər hansı halla üzləşdikdə 1822 Əlaqə Mərkəzini zəng edərək bizə məlumat verə bilərsiniz. Təhlükəsizliyi təmin etmək üçün hər kəslə birgə çalışmağa hazırıq”, - məlumatda qeyd olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər