http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanına qeydiyyat aparılır

14 May 2024 , 15:18
Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanına qeydiyyat aparılır

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin müvafiq müstəqil ekspert sertifikatı növü üzrə test imtahanına qeydiyyatı başlanıb.

Bu barədə "Operativ Media"ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qeydiyyat mayın 14-dən iyunun 8-i saat 10:00-dək davam edəcək. İmtahan iyunun 23-də DİM-in Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan vermək istəyənlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanında iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu