http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror Göyçayda vətəndaşları qəbul edib

14 May 2024 , 15:30
Baş prokuror Göyçayda vətəndaşları qəbul edib

Mayın 14-də Baş prokuror Kamran Əliyev Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, İsmayıllı, Qəbələ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 67 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

OXŞAR XƏBƏRLƏR
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb 

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb 

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

Dövlət Agentliyinin rəsmiləri Ankarada işgüzar səfərdədir

Dövlət Agentliyinin rəsmiləri Ankarada işgüzar səfərdədir

XƏBƏR LENTİ
  • 18:17

    Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb 
  • 17:41

    Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib
  • 16:44

    Ərdoğan Azərbaycan xalqını təbrik edib
    Ərdoğan Azərbaycan xalqını təbrik edib
  • 16:15

    Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik edib
  • 16:01

    Renat Dadaşov "Hatayspor"la vidalaşdı
  • 15:51

    İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıyıb
  • 15:37

    Dövlət Agentliyinin rəsmiləri Ankarada işgüzar səfərdədir
  • 15:29

    Gürcüstan səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
Menyu