http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb

14 May 2024 , 16:06
PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb

Mayın 14-də Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işini yekunlaşdırıb. 
 
"Operativ Media" xəbər verir ki, Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
 
Konfransda Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssalam, Livan, Oman Sultanlığı, Qambiya olmaqla ümumilikdə 20-yə yaxın ölkədən 40-dan çox nümayəndə iştirak edib.

Panel sessiyaları ilə işini davam etdirən konfransın ikinci günündə müxtəlif ölkələrin PISA-da iştirakında OECD-nin rolu, ICESCO-ya üzv olan dövlətlər üçün PISA qiymətləndirmələrinin əhəmiyyətliliyinin artırılması, eləcə də təhsil prioritetlərinin PISA qiymətləndirmələri ilə eyniləşdirilməsi mövzularında interaktiv müzakirələr aparılıb.  
Konfransda həmçinin OECD-nin PISA-nı daha çox ölkə üçün əlçatan və müvafiq hala gətirməsi, genişmiqyaslı qiymətləndirmə dizaynının idarə edilməsi və təhlili üçün milli potensialın təkmilləşdirilməsi, eləcə də ölkələrin bu istiqamətdə PISA tədqiqatlarında iştirakından maksimum istifadə imkanları müzakirə olunub. Bundan başqa, sessiyalarda ICESCO-ya üzv dövlətlər üzrə PISA-nın mədəni-kontekstual uyğunluğunun artırılması məsələsinə toxunulub.  

Qeyd edək ki, iki gün keçirilən konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirmək olub.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu