http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

14 May 2024 , 16:30
Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyinə dair yalan vədlər verib saxta sənədlər təqdim etməklə ümumilikdə 26 şəxsə məxsus 430 min manatdan artıq məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Mirdaməd Əzizova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və  320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu