http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

14 May 2024 , 17:33
Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı fikirlər gündəmdədir. Həmçinin məlumata görə, ölkədə aylıq minimum əmək haqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.

Bəs əmək haqqı saata görə hesablanarsa, bunun hansı müsbət və mənfi təsirləri ola bilər?

Bu barədə iqtisadçı ekspert Elçin Rəşidov "Operativ Media"ya açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə əmək haqqı saatlıq hesablanır və biz də daim aylıq əmək haqqını tənqid etmişik:

"Mən hesab edirəm ki, əmək haqqının saatlıq hesablanması həyata keçərsə, müsbət bir addım olacaq. Çünki bəzi işçilər yarımştat, bəziləri tam ştat, bəziləri isə həfətədə bir neçə gün çalışa bilərlər, müxtəlif iş rejimləri mövcuddur. Əgər işçi bir ay ərzində 10 saat çalışacaq, minimum kimi təyin edilmş kifayət qədər böyük bir məbləğ alacaqsa, bu, əmək münasibətlərinə zərərli təsir edəcək. Çünki sahibkar özü üçün aylıq 10 saat çalışacaq və bu halda ödədiyi əmək haqqı ona sərf etməyəcək. Sistem onu məcbur edəcək ki, ədalətsiz bir əmək haqqı təyin etsin. Ona görə də bu tərəflər üçün imkanlar yaradır".

Ekspertin sözlərinə görə, ölkədə vahid minimu əmək haqqının təyin edilməsi yanlış siyasətdir:

"Ölkədə minimum əmək haqqı hesablanır və bütün ölkə üçün eyni qəbul edilir. Bu, bəzi sahibkarlar üçün, xüsusən də regionlarda olan sahibkarlar üçün çox zərərli ola bilər. Çünki Bakı və regionun əmək haqları müxtəlifdir. Hətta eyni şirkətin və ya bankın Bakı filialı və region filialı arasında əmək haqlarında bir neçə dəfə fərq ola bilir. Amma biz bu faktı görməzdən gələ bilmərik. Hamı üçün eyni bir ədədin qəbul edilməsi iqtisadiyyatda baş verənləri görməzdən gəlmək deməkdir. Yəni iqtisadi inkişafın zəif olduğu yerlərdə iqtisadi inkişafın güclü olduğu yerlərdəki rəqəmləri qoymaq düzgün deyil və bu, bütövlükdə iqtisadiyyat üçün zərərlidir. Belə ki, minimum əmək haqqı kölgə iqtisadiyyatını azaldır və bəzən kölgə iqtisadiyyatın azalması ümumi iqtisadiyyatın azalmasına gətirib çıxara bilər. Eyni zamanda müəyyən iqtisadi cəhətdən zəif olan regionlarda ümumi iqtisadi fəallığı da azaltmağa gətirib çıxara bilər. Ümumiyyətlə, çalışmaq lazımdır ki, iqtisadi bərabərlik olsun. Xüsusən də Bakı ilə regionlar arasındakı fərq çoxdur, iqtisadi baxımdan sanki iki müxtəlif ölkə kimi iştirak edirlər. Bu da ayrı bir mövcud olan problemlərdəndir. Ancaq minimal əmək haqqının qəbul edilməsi yalnış siyasətdir. Bakı üçün ayrı, regionlar üçün ayrı məbləğ təyin olunmalıdır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Türkiyə şirkəti ilə yerli KOB-lar arasında əməkdaşlıq imkanları müzakirə edilib

Türkiyə şirkəti ilə yerli KOB-lar arasında əməkdaşlıq imkanları müzakirə edilib

Putin: Rusiyanın Özbəkistana qaz nəqli 11 milyard kubmetrə qədər artırılacaq

Putin: Rusiyanın Özbəkistana qaz nəqli 11 milyard kubmetrə qədər artırılacaq

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün güzəştlər açıqlanıb

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün güzəştlər açıqlanıb

XƏBƏR LENTİ
  • 16:44

    Ərdoğan Azərbaycan xalqını təbrik edib
    Ərdoğan Azərbaycan xalqını təbrik edib
  • 16:15

    Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik edib
  • 16:01

    Renat Dadaşov "Hatayspor"la vidalaşdı
  • 15:51

    İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıyıb
  • 15:37

    Dövlət Agentliyinin rəsmiləri Ankarada işgüzar səfərdədir
  • 15:29

    Gürcüstan səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
  • 15:26

    Prezident və birinci xanım Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB
    Prezident və birinci xanım Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB
  • 15:08

    Türkiyə ilə Tacikistan arasında 4 müqavilə imzalanıb
Menyu