http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

14 May 2024 , 18:00
Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub, ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikintisi işləri isə qrafikə uyğun aparılır.

"Operativ Media" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bunu nazir müavini Rəhman Hümmətov Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir müavini əlavə edib ki, Bərdə – Ağdam (47,1 km) və Horadiz – Ağbənd (110,4 km) dəmiryolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilən fiziki tərəqqi uyğun olaraq 92,5 və 52 faiz təşkil edir. Bununla yanaşı, hazırda Ağdam – Xankəndi dəmiryolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər aparılır.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu