15 May 2024, 07:52
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb şəkil
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib

Son xəbərlər
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb