Menyu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Əziz Əzizli
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər