Menyu

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib. 

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər