Menyu

Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb -VİDEO

Nərmin Qocamanlı
Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb -VİDEO

Bakı Şəhər DYP İdarəsindən verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilın məlumata görə, sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə  sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər