Menyu

Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib

Nərmin Qocamanlı
Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib. 

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, onlardan 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub. 

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub. 

Bu ilin 4 ayında ümumilikdə 5,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər