http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib

15 May 2024 , 11:51
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, 1992-ci  il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci  il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR
DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb

DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb

Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"

Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

XƏBƏR LENTİ
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 09:49

    Faktiki hava açıqlanıb
  • 09:34

    Ucarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 09:30

    Neft qiymətləri ucuzlaşıb
Menyu