Menyu

Bakıda 21 yaşlı qız itkin düşüb

Nərmin Qocamanlı
Bakıda 21 yaşlı qız itkin düşüb

Bakıda 21 yaşlı qız itkin düşüb. Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.
Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02
(012 )590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Teqlər:

"Bak\u0131da 21 ya\u015fl\u0131 q\u0131z itkin d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər