Menyu

İZİA-nın Peşə Təhsil Mərkəzi ilə İngiltərə şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Nərmin Qocamanlı
İZİA-nın Peşə Təhsil Mərkəzi ilə İngiltərə şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində Böyük Britaniyanın “qaynaq işləri” təcrübəsi modelinin tətbiqinə başlanılır. Belə ki, bu yenilik İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, mayın 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "TWI” şirkətinin Azərbaycan filialının direktoru Kərim Şakuri imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə “TWI Ltd” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər