http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanda daha bir qrup şəxsə öz işlərini qurmaları üçün lazımi avadanlıqlar verilib

15 May 2024 , 14:30
Naxçıvanda daha bir qrup şəxsə öz işlərini qurmaları üçün lazımi avadanlıqlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında daha bir qrup şəxs seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilib.

DMA-dan "Operativ Media"ya verilən məlumata görə, onlara “un məmulatlarının istehsalı”, “qadın gözəllik salonu”, “kişi bərbərxanası”, “dərzi”, “avtomobil şinlərinin bərpası və təmiri”, “kiçik foto atelye” və digər istiqamətlər üzrə öz işlərini qurmaları üçün lazım olan avadanlıqlar verilib.

Özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər seçdikləri sahələr üzrə avadanlıqlarla təmin olunurlar.

Ümumilikdə ötən dövrdə Naxçıvan MR-də 477 işsiz şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib. Onlardan 103 nəfəri “Məşğulluğa Dəstək Layihəsi” üzrə aktivlərlə təmin olunaraq öz kiçik bizneslərini qurub.

Həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və b.) aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradan bu layihənin 22 min şəxsi əhatə etməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu