Menyu

İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub

Nərmin Qocamanlı
İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub

İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. 

Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.

Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir. 

Azərbaycan universitetlərinin sözügedən reytinqin 2024 və 2025 buraxılışlarında mövqeləri aşağıdakı cədvəldə təqdim olunur:

07-19.11.24-01.jpg

Teqlər:

"\u0130lk d\u0259f\u0259 Az\u0259rbaycan\u0131n 7 ali t\u0259hsil m\u00fc\u0259ssis\u0259si \u201cQS D\u00fcnyan\u0131n \u0259n yax\u015f\u0131 universitetl\u0259rinin reytinqi: Dayan\u0131ql\u0131l\u0131q 2025\u201d\u0259 daxil olub"

Əlaqəli Xəbərlər