Menyu

Beynəlxalq axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Nərmin Qocamanlı
Beynəlxalq axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. 

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər