Menyu

Sumqayıtın və Bakının bəzi ərazilərində qaz kəsiləcək

Sumqayıtın və Bakının bəzi ərazilərində qaz kəsiləcək

Sumqayıt şəhərinin və paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan Operativ Media-ya verilən məlumata görə, Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Sumqay\u0131t\u0131n v\u0259 Bak\u0131n\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 qaz k\u0259sil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər