Menyu

Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu keçirəcək

Redaksiya
Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il fevral ayının 7-də Qusar rayonunda vətəndaşları qəbul edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri qəbul ediləcək.

"Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər