Menyu

Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər